Menu

Azərbaycanda “TikTok” açıldı

31.10.2023, 13:12
Azərbaycanda “TikTok” açıldı

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da Qarabağda keçirdiyi antiterror əməliyyatları ərəfəsində qapadılan “TikTok” sosial şəbəkəsinə giriş bərpa edilib.

“AzPolitika.info” xəbər verir ki, bu gün səhər saatlarından etibarən sosial şəbəkəyə daxil olmaq sərbəstdir. Ötən günlərdə istifadəçilər əsasən VPN proqramları vasitəsi ilə şəbəkəyə daxil olurdular ki, mütəxəssislər bunu kiber təhlükəsizlik üçün təhdid mənbəyi hesab edirdilər.

Qeyd edək ki, “TikTok” Azərbaycanda ən çox istifadə olunan platformadır. Bazara digər sosial şəbəkələrdən gec daxil olmasına baxmayaraq, məhduiyyətsiz yayım siyasəti hesabına özünə böyük istifadəçi kütləsi toplaya bilib.

Dövlət qurumlarının “TikTok” platformasının fəaliyyətini məhsduslaşdırması da elə onun istifadəçilərə məhdudiyyətsiz və məsuliyyətsiz yayım imkanları yaratması ilə bağlı idi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol