Menu

İsrail HƏMAS-ın yüksək rütbəli komandirini məhv edib

31.10.2023, 13:17
İsrail HƏMAS-ın yüksək rütbəli komandirini məhv edib

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Beyt Lahiya komandirlərindən biri Nisam Əbu Ajinunun məhv edildiyini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, o, ötən gecə Qəzza zolağının şimalında baş tutan hava hücumu əməliyyatları zamanı öldürülüb.

Onun əvvəllər HƏMAS-ın hərbi hava qüvvələrinə komandanlıq etdiyi, eyni zamanda, pilotsuz təyyarələrin hazırlanmasında HƏMAS-a köməklik göstərdiyi bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol