Menu

“Nazirlik bu forumun adını “Təhsildən tənəzzülə” adlandırsaydı, daha yaxşı olardı” – Millət vəkili

31.10.2023, 16:50
“Nazirlik bu forumun adını “Təhsildən tənəzzülə” adlandırsaydı, daha yaxşı olardı” – Millət vəkili

“Elm və Təhsil Nazirliyi “Təhsilin İnkişafı Forumu 2023: Təhsildən tərəqqiyə” adlı Forum keçirir. Maraqlı ad düşünüblər. Teatr afişasına oxşayır... Məktəbəqədər və Orta təhsil sistemi tənəzzül içindədir. Yuxarı sinif şagirdləri demək olar ki, dərsə getmirlər. Abituriyentlərin yarısına qədəri müxtəlif ixtisas qrupları üzrə 0-150 bal toplayır. Bunun adı funksional savadsızlıqdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu millət vəkili, təhsil eksperti Etibar Əliyev “Facebook” səhifəsində yazıb. O, ali təhsil sisteminin tənəzzül içində olduğunu qeyd edir və Böyük Britaniyanın "World University Ranking" nəşrinin dərc etdiyi 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısından misal gətirir:

“Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Türk Dövlətlərindən qlobal reytinqdə TOP-1000 siyahısına daxil olan universitetlər: 7-i Almatıda, 6-ı İstanbulda, 4-ü Ankarada...Məmləkətimizin 1 Universiteti belə TOP-1000 siyahısına düşməyib. Geriləmələr isə davam etməkdədir. Universitetlərin hər birində 1 kafedralıq yaxşı müəllim yoxdur. Proqramlar çağımızın tələblərinə cavab vermir. Dərsliklər yox səviyyəsindədir. Məncə, Elm və Təhsil nazirliyi Forumun adını “Təhsildən tənəzzülə” adlandırsaydı, daha yaxşı olardı. Tərəqqini izah etmək çox çətindir. Tənəzzülə dair isə saatlarla söhbətlər aparmaq olar”.

Millət vəkili nazirliyə maraqlı mövzu da təklif edib: “Bakı şəhəri məktəblərinə direktor təyinatının Fuad Babayev təcrübəsi: ontoloji və materialist yanaşma…”

“AzPolitika.info”

Şərhlər

müəllim 2023-10-31 23:18:40

bəs ceyhun bayramov, mikayıl cabbarpov kimi təsadüfü adamlar təhsil naziri tıyin ediləndə, misisr məərdanov kimi müəllim-.... isı sağ.salamat buraxılanda, təxsilin aqibəti beləə olmalı idi....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol