Ukrayna vətəndaşlarının cəmi 21 faizi Ali Radaya inandığını bəyan edib.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi son sorğunun nəticələri mərkəzi hakimiyyətə inamın müharibənin ilk ayları ilə müqayisədə kəskin şəkildə azaldığını üzə çıxarıb.
Nəticələrə görə, hər 5 ukraynalının yalnız biri parlamentə inanır. Hansı ki, ötən ilin mayında bu göstərici 58 faiz olub. Hökumətə də inam kəskin azalıb. Respondentlərin cəmi 39 faizi hökumətə inandığını bildirib.
Bu göstərici ötən ilin mayında 74 faiz olub və demək olar ki, iki dəfə azalıb. Yalnız Prezidentə inam nisbətən daha az fərqə uğrayıb. Belə ki, Prezidentə inananların faiz nisbəti 91 faizdən 76 faizə enib. Əvəzində, Ukrayna ordusuna inam demək olar, olduğu kimi qalır. Keçən ilin may ayında bu göstərici 98 faiz idi. İndi isə 94 faizdir.
Göründüyü kimi, müharibənin uzanması, korrupsiya qalmaqalları və s. ukraynalıların hakimiyyətə münasibətində özünü göstərməkdədir ki, bu da gözlənilən idi.
“AzPolitika.info”


Şərhlər