Menu

Bu rayonlara istiliyin verilməsinə başlandı

01.11.2023, 10:05
Bu rayonlara istiliyin verilməsinə başlandı

Bu gündən etibarən bir neçə rayonda istiliyin verilməsinə başlanılıb.

Bu barədə Trend-ə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O qeyd edib ki, bunlar Şuşa, Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən və Şabran rayonlarıdır.

"Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib. Bakı şəhərinə və digər rayonlara istiliyin verilməsinə noyabrın 15-də başlanması nəzərdə tutulub", - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol