Menu

Yəmən də İsrail qüvvələrinə raket hücumu edib - VİDEO (Yenilənib)

01.11.2023, 20:17
Yəmən də İsrail qüvvələrinə raket hücumu edib - VİDEO (Yenilənib)

Yəməndəki Husi «Ənsar Allah» hərəkatının üsyançıları İsrailə raketlərin atıldığını əks etdirən videonu nümayiş etdiriblər.

"AzPolitika.info" xəbər verir ki, video hərəkatın saytında dərc olunub.

Qeyd olunur ki, raketlər Fələstin ərazilərindəki “sionist varlıqları” hədəfə alıb.

Bundan əvvəl Yəmən ordusunun nümayəndəsi briqada generalı Yəhya Sari bildirib ki, Yəmən noyabrın 1-i günortadan sonra İsrailə raket hücumu həyata keçirməyi planlaşdırır.

"AzPolitika.info" 

***

Yəmən İsrailin Qəzza bölgəsindəki qüvvələrinə raket və PUA-larla hücum edib.

Bu barədə “Report” “Kommersant”a istinadən xəbər verir.

Bildirlib ki, İsrail Müdafiə Ordusu raketlər və pilotsuz uçuş aparatlarının Qırmızı dəniz üzərində zərərsizləşdirildiyini və hücumlarda İsrailin mülki vətəndaşları üçün heç bir təhlükə olmadığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol