Menu

"Ukrayna Belarusla sərhədə 120 minlik qoşun toplayıb" - General

01.11.2023, 17:38
"Ukrayna Belarusla sərhədə 120 minlik qoşun toplayıb" -  General

Ukraynada ümumi sayı 120 min nəfərə qədər olan “Şimal” əməliyyat komandanlığının bir qrup qoşunu Belarus istiqamətində cəmləşib.

"AzPolitika.info" "Belta" agentliyinə istinadla xəbər verir ki, bunu Belarus Dövlət Sərhəd Komitəsinin sədri, general-mayor Konstantin Molostov deyib.

Onun sözlərinə görə, bu qoşunlardan 17 min hərbçi Belarusla dövlət sərhədinin mühafizəsinin gücləndirilməsində iştirak edir.

Molostov vurğulayıb ki, Belarus sərhədçiləri Ukrayna istiqamətində dövlət sərhədinin təhlükəsizliyinin sıxlığını artıraraq adekvat tədbirlər görür.

Onun sözlərinə görə, bəzi kiçik qruplar vaxtaşırı sərhədi keçərək, millətçi bayraqlar asır, Belarusun atributlarına qarşı hörmətsizlik edirlər.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol