Ötən il metropoliten ilə bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib - “Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədov deyib.
Belə ki, qeyd olunan xərc hazırda müəyyən olunan 40 qəpiklik gediş haqqından 1,7 dəfə çoxdur.
İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.az”a açıqlamasında bildirdi ki, metropoliten rəhbərliyi zaman-zaman bu məsələni gündəmə gətirir, sərnişindaşımanın maya dəyərinin yüksək olduğunu söyləyirlər: “Nə köhnə, nə də yeni rəhbərlik bunun hesablanma qaydaları ilə bağlı açıqlama verməyib. Maya dəyəri hesablanarkən hansı metodologiyadan istifadə olunur və bu metodologiya beynəlxalq standartlara uyğundurmu? Hesablama apararkən hansı parametrlər əsas götürülür? 1 və 10 dayanacaq gedənlərin hər birinin maya dəyəri 68 qəpikdirmi? Bu metodologiya ilə bağlı hesabat vermədikcə, göydən götürülən rəqəmləri açıqladıqları ilə bağlı təəsürat yaranır”.
Ekspert deyir ki, belə açıqlamaların əsas səbəbi gələcəkdə qiymətin artırılması ilə bağlı ictimai rəy yaratmaqdır: “Bu, ictimai rəyi metroda gediş haqqının artırılacağı yönündə hazırlamaqdan başqa bir şey deyil. Maya dəyərinin hesablama metodologiyası ilə bağlı ictimaiyyətə məlumat verilməlidir ki, hansı parametrlər əsasında 68 qəpik xərcin yarandığını bilək”.
Onu da qeyd edək ki, artıq metroda gediş haqqı tariflərini təsdiqləmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.


Şərhlər
Bu neçə faiz artımdır?Səbəb anlaşılan deyil.Bəs hara gedir? Büdcədən metroya vəsait ayrılması,gediş haqlarının məsrəfi hara gedir?
Bu metro nə vaxt gəlirlə işləyəcək?heç vaxt çünki şəfaflıqfan əsər əlamət yoxdur
Səhərdən axşamadək vaqonlar ağzınacan dolu sərnişin daşıyır .BU idə deyir ziyanla işləyirik.
Elə zorunan deyirlər ki ,siz qanmırsız,axı qanırıq..
Metroda 1 nəfərlik gediş hakkı 70 qəpik olsa. 4 nəfərlik ailə və ya dost tanış taksi ilə gedəcək. Taksi metrodan ucuz çıxır. Buda daha çox tıxacların yaranmasına səbəb olacaq.