Menu

Şimali Koreya Rusiyaya sursat tədarükünü artırıb - Əvəzində nə alacaq?

01.11.2023, 23:08
Şimali Koreya Rusiyaya sursat tədarükünü artırıb - Əvəzində nə alacaq?

Şimali Koreya Rusiya ilə hərbi əməkdaşlığı artırır və Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi sursat tədarükünü çoxaldıb. 

"AzPolitika.info" "Reuters"ə istinadla xəbər verir ki, Rusiya bunun əvəzində Şimali Koreyaya çox vacib məsələdə kömək edəcək. «Reuters» agentliyi Cənubi Koreya kəşfiyyat idarəsinə istinadən yazır ki, bunun müqabilində Rusiya KXDR-ə casus peyki buraxmağa kömək edir.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreya Ukraynaya qarşı müharibədə istifadə üçün Rusiyaya 10-dan çox partiyada sursat göndərib, o cümlədən bir milyondan çox artilleriya mərmisindən söz gedir. ABŞ-ın əvvəllər bildirdiyi kimi, sursatların çatdırılma prosesi Şimali Koreyanın şərq sahilindəki limanı ilə Rusiya limanları arasında hərəkət edən gəmilər, həmçinin Şimali Koreyadan hava yolu ilə həyata keçirilib.

Eyni zamanda, Şimali Koreya casus peyki buraxmağa hazırlaşmağın son mərhələsindədir və onun üçüncü cəhdinin Rusiyanın mümkün yardımı sayəsində uğur qazanma şansı yüksəkdir. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol