Rusiya Qvardiyası keçmiş “Vaqner” hərbi şirkətinin muzdlularından ibarət yeni diviziya yaradıb və bu birləşmə üçün ayrıca çadır şəhərciyi salınır.
"AzPolitika.info" bu barədə “Ukrainskaya Pravda”ya istinadla xəbər verir.
Voronej yaxınlığında “Vaqner” bölmələri üçün düşərgə təchiz ediləcək. Qruplara hazırda fəaliyyətini dayandırmış “Vaqner”dən olan terrorçular və yeni işə götürülənlər daxil olacaq. Çadır şəhərciyi 10 min nəfər üçün nəzərdə tutulub.
Yerli məlumatlara görə, muzdlular noyabrın 3-dən sonra döyüş koordinasiyası və yeni bölmələrin formalaşdırılması üçün gəlməlidirlər.
Bu bölmələrin əsas vəzifəsi Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində - Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində təxribata qarşı tədbirlər görməkdir.
Ötən gün Rusiya mətbuatı məlumat yaymışdı ki, Yevgeni Priqojinin oğlu Pavel Priqojin “Rosqvardiya”nın nəzdində yeni yaradılmış diviziyaya rəhbərlik edəcək.
Rüfət
AzPolitika.info


Şərhlər