Menu

Paşinyan Qarabağı könüllü tərk edən ermənilərlə bağlı tapşırıq verib

02.11.2023, 12:33
Paşinyan Qarabağı könüllü tərk edən ermənilərlə bağlı tapşırıq verib

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsini tezləşdirməyi tapşırıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bu məsələ ilə bağlı hökumətin iclasında tapşırıq verib.

Ermənistan hökumət rəhbərinin sözlərinə görə, bir çox şəxslər vətəndaşlığın alınması üçün müraciət edir və dövlət orqanlarının vəzifəsi bütün prosedurlara uyğun olaraq onlara köməklik göstərməkdir.

Paşinyan həmçinin əlavə edib ki, hökumətin məqsədi Qarabağa qayıtmaq istəməyən ermənilərin ölkədə qalması üçün şərait yaratmaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol