Menu

“Rusiya Moldova seçicilərini pulla almaq istəyir” – Prezident bəyanat verdi

02.11.2023, 15:16
“Rusiya Moldova seçicilərini pulla almaq istəyir” – Prezident bəyanat verdi

Moldova Prezidenti Maia Sandu Rusiyanı seçiciləri ələ almaqda ittiham edib. Qeyd edək ki, noyabrın 5-i bazar günü ölkədə yerli idarəetmə qurumlarına seçkilər keçiriləcək.

Sanduya görə, iki ay ərzində Moskva “cinayətkar qrupların” hesabına təxminən beş milyon dollar ekvivalentində pul köçürüb. Onların arasında rusiyapərəst Avroskeptik Şor partiyası da var. 2023-cü ilin iyununda məhkəmə partiyanın fəaliyyətini “konstitusiyaya zidd” elan etsə də oktyabrda seçkilərə getməsinə icazə verib.

"Rusiya əvvəllər Moldovanı idarə edən insanları satın alırdı, hazırda onun artıq bu imkanı yoxdur. İndi o, Moldova vətəndaşlarını almaq istəyir”, - Sandu davam edib.

O, polisi günahkarları cəzalandırmağa, seçiciləri isə ölkənin seçkilərdə onun partiyadaşlarını dəstəkləməyə çağırıb.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2023-11-02 15:55:03

Deyəsən bu qız Zelenskinin balaca varantı olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol