Menu

QMİ sədri Qəzzada sülhə nail olmaq üçün siyasətçilərin tezliklə qərar qəbul etməyə çağırıb

02.11.2023, 16:33
QMİ sədri Qəzzada sülhə nail olmaq üçün siyasətçilərin tezliklə qərar qəbul etməyə çağırıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Qəzzada sülhə nail olmaq üçün siyasətçilərin tezliklə qərar qəbul etməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Allahşükür Paşazadə noyabrın 2-də İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşdə bildirib.

QMİ sədri son günlər Yaxın Şərqdə baş verənlərə toxunaraq Qəzzada mülki şəxslərin, qoca, qadın və uşaqların həlak olmasına təəssüfləndiyini bildirib, siyasətçilərin sülhə nail olmaq üçün tezliklə müdrik qərarlar qəbul edəcəklərinə inandığını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol