Menu

Ukrayna Dneprin sol sahilində irəliləyir - “Boz zona” genişlənir

03.11.2023, 10:50
Ukrayna Dneprin sol sahilində irəliləyir - “Boz zona” genişlənir

Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sol sahilindəki Krınki yaşayış məntəqəsi və Antonov körpüsü ətrafındakı əraziləri öz nəzarətində saxlayır. 

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, Ukrayna birləşmələri sözügedən istiqamətdə irəliləməyə müvəffəq olub. Poymı və Pesçanovka yaşayış məntəqələri istiqamətində də hücum əməliyyatları həyata keçirən Ukrayna ordusunun müəyyən uğurlar qazandığı qeyd olunur. Bunu Rusiyanın bölgədəki hərbi müxbirləri də təsdiqləyib. Ümumilikdə döyüş əməliyyatlarının “boz zona” adlandırılan ərazidə getdiyi qeyd olunur. Bu zonanın getdikcə genişləndiyi və Ukrayna tərəfinin əhəmiyyətli avtomobil və dəmiryol xətlərinə çıxışı perspektivinin artdığı bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Kreml bu istiqamətdəki uğursuzluqlar səbəbindən həmin əraziyə cavabdeh olan qoşunlarının komandanını dəyişib. Hazırda həmin qüvvələrə general Mixail Teplinski rəhbərlik edir.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol