Müxtəlif ölkələr və təşkilatlar tərəfindən sonradan Qəzza zolağının sakinlərinə çatdırılmaq üçün Misirə göndərilən humanitar yardımlar demək olar ki, tamamilə tükənib.
"AzPolitika.info" TASS-a istinadla xəbər verir ki, bu barədə Misir Qızıl Aypara Cəmiyyətinin baş direktoru Rami əl-Nazer məlumat verib.
"Misir vasitəsilə Qəzzaya göndərilən humanitar yardımın tədarükü demək olar ki, tükənib. Humanitar yardıma ehtiyac çox böyükdür" - deyə cəmiyyət sədri sosial şəbəkədə yazıb.
Rüfət
AzPolitika.info


Şərhlər
Yan-yana dayananda elektrik məftilləri üstündə sıralama dayanan qaranquşlara oxşayan yekədodaq kündəsifət trilyarder ərəb əmirləri haralardadı?Qəzzanın bu faciəli günlərində əllərini ciblərinə salsalar canları çıxar?