Ukraynada «Batkivşina» blokundan olan xalq deputatı Andrey Nikiolayenko Jitomir şossesində 18 yaşlı piyada qızı vurub.,
"AzPolitika.info" bu barədə «Ukrainskaya Pravda»ya istinadla xəbər verir. Məlumata görə, zərərçəkmiş şəxs dərhal hadisə yerində keçinib.
Nəşrin Milli Polisdəki mənbələri qeyd edir ki. sürətlə hərəkət edən maşında deputatın həyat yoldaşı da olub.
Milli Polisdə "Mercedes-Benz GLE" markalı avtomobili idarə edən sürücünün 44 yaşlı xalq deputatı olduğu dəqiqləşsə də, «həmin deputatın» kimiliyi rəsmən açıqlanmayıb.
Rüfət
AzPolitika.info


Şərhlər