Menu

Türk dövlətləri Azərbaycanın reinteqrasiya səylərini və Qarabağdakı quruculuq işlərini alqışlayıb

03.11.2023, 19:22
Türk dövlətləri Azərbaycanın reinteqrasiya səylərini və Qarabağdakı quruculuq işlərini alqışlayıb

"Azərbaycan Respublikasının suverenliyinin 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirlərindən sonra tamamilə bərpa edilməsini alqışlayırıq".

"Report" xəbər verir ki, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə bildirilib.

Bəyannamədə, həmçinin Azərbaycan hökumətinin reinteqrasiya səyləri, Azərbaycanda münaqişədən sonrakı bərpa və yenidənqurma işləri dəstəklənib.

Bundan başqa, türk dövlətləri bəyan edib ki, bu işdə onlar Azərbaycana öz töhfələrini davam etdirməyə hazırdırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol