Menu

“Hizbullah"ın döyüşlərə girməsi Livan üçün ağlasığmaz dağıntılara yol açacaq" - Ağ ev

03.11.2023, 23:26
“Hizbullah"ın döyüşlərə girməsi Livan üçün ağlasığmaz dağıntılara yol açacaq" - Ağ ev

“Hizbullah” partiyasının yaraqlı qanadının İsrail Müdafiə Qüvvələri ilə döyüşlərə girməsi Livanı ağlasığmaz dağıntılarla üz-üzə qoyacaq.

“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer ABŞ lideri Cozef Baydenin çıxışı nəzərdə tutulan Men ştatına uçan prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

“Bu münaqişə Livan və İsrail arasında 2006-cı ildəkindən daha qanlı müharibəyə çevrilmə potensialına malikdir. Buna görə də Birləşmiş Ştatlar bu münaqişənin Livana yayılmasını görmək istəməzdi, Livan və onun xalqı üçün mümkün dağıntılar ağlasığmaz olardı”, – o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol