Rusiya ordusu Donetsk vilayətinin Avdeyevka yaşayış məntəqəsi istiqamətində üçüncü böyük hücuma hazırlaşır.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun son hesabatında belə deyilir.
Hesabatda qeyd olunur ki, oktyabrın əvvəlində başlayan kütləvi hücumlar və çoxsaylı canlı qüvvə, hərbi texnika itkisi sayəsində Rusiya qoşunları bu istiqamətdə müəyyən irəliləyiş əldə edə biliblər və Avdeyevkanın şimalından keçən dəmiryol xəttinə, eləcə də cənubdakı Koks-kimya zavoduna yaxınlaşıblar.
Amerikalı mütəxəssislər qeyd edirlər ki, Rusiya tərəfi öz ehtiyat qüvvələrini bu döyüşlərə cəlb etmək üçün arxa xətlərdə aktiv şəkildə istehkamlar qurur. Eyni zamanda qeyd olunur ki, Ukrayna tərəfi də həmin istiqamətdə tez-tez əks-hücum əməliyyatları həyata keçirir.
Qeyd edək ki, Ukraynada bir çox mütəxəssislər Avdeyevkanın gec-tez təhvil veriləcəyini proqnozlaşdırırlar. Məsələn, Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç Avdeyevkadan çıxmağın qaçılmaz olduğu fikrindədir. Çünki Ukrayna tərəfi Rusiya kimi saysız-hesabsız canlı qüvvə və hərbi texnika itkisinə yol verə bilməz.
“AzPolitika.info”


Şərhlər