"Azad edilən ərazilərdə torpaq islahatı ilə bağlı müzakirələr gedir".
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu - görülmüş işlər və çağırışlar" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
O, yaxın zamanlarda bu istiqamətdə uğurlu işlərin görüləcəyinə inandığını söyləyib.
E.Hüseynov sonda Qarabağ iqtisadi rayonunda görülən işlərlə bağlı müvafiq qurumlara, xüsusilə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi və Kənd Təsərrüfatı nazirliklərinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təşəkkür edib.

Şərhlər
Azad olunmuş ərazil'ərdə əvvəlcə orada yaşayan əhali üçün inftastruktur yaranmalıdır.(Bu yaradılmadığından Laçına köçürülən 100-200 nəfər geri dönmək tələbi ilə çıxış edirlər.Bu ərazilərdə dövlət hesabına kiminsə xüsusi əmlakına çevriləcək otel.restoranlar tikintisi ilə məşğul olmaq tam əsassız və ziyanlı məsrəflərdir.Bunu anlamaq üçün xüsusi təhsil və təcrübəyə rhtiyac yoxdur.Nümayəndə isə bir az yeməyinə diqqət etsə yaxşı olar.Çünki orada fəal işləmək,hərəkətdə olmaq vacibdir.