ABŞ-ın Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərinə nüvə zərbəsi endirməsi nəticəsində nə qədər insanın həlak olacağına dair təxmini hesablamalar aparılıb.
“AzPolitika.info” xəbər verir ki, “Newsweek” nəşrinin “Nukemap” (Nüvə partlayışı zamanı baş verənləri hesablayan sistem-red.) xidmətinin köməyilə apardığı araşdırmaya görə, 360 kiloton gücə malik “B61-13” nüvə bombasının düşdüyü ərazinin 3 kilometrlik hissəsində binalar dağılacaq və güclü yanğınlar baş verəcək, 1 kilometr radiusda yerləşən hər şey isə tamamilə məv olacaq. Bu bombanın 12,6 milyon əhalisi olan Moskva şəhərinə ciddi ziyan vura biləcəyi, mümkün hücum zamanı 311 480 nəfərin həlak olacağı, 868 860 insanın isə yaralanacağı təxmin edilir.
“Newsweek” yazır ki, partlayış yerindən 3 kilometr radiusda olan hər kəs o qədər yüksək radiasiyaya məruz qalacaq ki, bir ay ərzində öləcək, sağ qalanların isə təxminən 15%-i daha sonra xərçəng xəstəliyinə tutulacaq.
Hesablamalara görə, sözügedən bomba Sankt-Peterburqa atılsa, fəlakətin miqyası daha böyük olacaq. Bu zaman təxminən 360 150 nəfərin həlak olacağı, 685 930 nəfərin isə yaralanacağı bildirilib.
“AzPolitika.info”


Şərhlər