Menu

İsrail təyyarələri xəstəxananın günəş panellərini və generatorunu vurub

04.11.2023, 11:30
İsrail təyyarələri xəstəxananın günəş panellərini və generatorunu vurub

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Qəzza zolağındakı «Əl-Şifa» mərkəzi xəstəxanasının günəş panellərinə və elektrik generatoruna zərbələr endirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə İranın «Tasnim» agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail qırıcıları “Qəzza zolağındakı Əl-Şifa xəstəxanasının günəş panellərini və elektrik generatorunu vurublar. Bu hücum nəticəsində xəstəxananın bir hissəsində yanğın baş verib", - agentlik bildirib.

Cümə günü, noyabrın 3-də İsrail qüvvələri Qəzza zolağının inzibati mərkəzində Əl-Şifa mərkəzi xəstəxanasına bitişik əraziyə hücum edib. Zərbələr yaralıları Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinə, daha sonra isə xəstəxananın girişi yaxınlığında aparan təcili yardım maşınlarının karvanına düşüb, həmin anda bir neçə təcili yardım maşını da burada olub. Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti iddia etmişdi ki, radikal Həmas qruplaşmasının əsas komanda qərargahı Əl-Şifa xəstəxanasının ərazisində yerləşir. 

Rüfət

AzPolitika.info

Şərhlər

İsmayıl 2023-11-04 17:19:55

Dünya mətbuatında çox sayda ölü və yaralı olduğu bildirilir. Siz niyə yazmırsız?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol