“ABŞ və Avropa İttifaqının nümayəndələri Rusiya və Ukrayna ilə sülh danışıqlarını müzakirə etməyə başlayıblar”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “NBC News” telekanalı ABŞ-ın iki yüksək rütbəli məmuruna - biri hazırkı, digəri isə keçmiş məmura istinadən yazıb.
Oktyabrda 50-dən çox ölkənin daxil olduğu Ukrayna Müdafiə Təmas Qrupunun iclasında bəzi “həssas” müzakirələr aparılıb. Kanalın həmsöhbətlərinin sözlərinə görə, danışıqlarda Ukraynanın razılığa gəlmək üçün nədən imtina etməli olacağına toxunulub. Öz növbəsində, NATO Ukraynaya Rusiyanı ərazisinə yeni işğaldan çəkindirəcək bəzi təhlükəsizlik zəmanətləri təklif etməyə hazırdır.
Kanalın mənbələri müzakirələrin ABŞ və Avropanın müharibənin dalana dirənməsi və Ukraynaya yardımı davam etdirə bilməyəcəkləri ilə bağlı narahatlıqları fonunda başladığını qeyd edib. ABŞ Prezidenti Co Bayden administrasiyasının üzvləri deyirlər ki, onlar həm də Ukraynanın gücünün tükənməsindən narahatdırlar. Çünki Rusiyanın imkanları sonsuz kimi görünür.
“Eyni zamanda, Bayden administrasiyası Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara hazır olduğuna dair heç bir əlamət görmür”, - NBC News həmsöhbətləri qeyd edirlər. Qərb rəsmiləri deyirlər ki, Putin, Qərb ölkələri Ukraynanı təmin etmək üçün daxili dəstəyi itirənə qədər mübarizəni davam etdirməyə ümid edir.
Rəsmilərin sözlərinə görə, Ukraynanın bu ilin sonuna və ya bir qədər çox vaxtı var, bundan sonra sülh danışıqları ilə bağlı daha təcili müzakirələr başlayacaq.
ABŞ-ın rəsmi nümayəndələri isə Ukraynanı danışıqlara sövq etdiklərini, hətta onunla belə müzakirələrin aparıldığını inkar edirlər. Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson, "Danışıqlarla bağlı istənilən qərar Ukraynada qalır. Biz Ukraynanı öz azadlığını və müstəqilliyini Rusiyanın təcavüzündən müdafiə etdiyi üçün dəstəkləməyə davam etməyə yönəlmişik", deyib.
“AzPolitika.info”


Şərhlər