Qarabağı tərk edən ermənilərin vaxtı ilə məskunlaşadıqları ərazilərə qaytarılması ilə bağlı Azərbaycanla Ermənistan arasında hazırlanan sülh müqaviləsində heç bir maddə yoxdur və olmayıb.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan mətbuata açıqalmasında bildirib.
Marukyan deyib ki, buna yalnız ayrıca danışıqlar mövzusu kimi baxıla bilər.
Marukyan bildirib ki, “artıq Ermənistan yeni reallıqlar dövründə yaşayır”. O, jurnalistin Qarabağdakı keçmiş qondarma qurumun “dövlət strukturlarının” Ermənistanda qalıb-qalmamasına dair sualını da cavablandırıb.
Səfir qeyd edib ki, qondarma qurumun hansısa formada Ermənistanda “yaşadılması” yolverilməzdir və Ermənistanın milli təhlükəsizliyi üçün təhdiddir. Ona görə də Ermənistan buna yol verə bilməz.
“AzPolitika.info”


Şərhlər