Menu

Rusiyanın uğursuz nüvə raketi sınağı - Nə “Yars”, nə də “Bulava” hədəfə çatmayıb

04.11.2023, 14:17
Rusiyanın uğursuz nüvə raketi sınağı - Nə “Yars”, nə də “Bulava” hədəfə çatmayıb

Rusiyanın oktyabrın sonu və noyabrın əvvəlində keçirdiyi nüvə daşıyıcısı olan “Yars” və “Bulava” raketlərinin sınaqları uğursuz başa çatıb.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Hərbi Kəşfiyyatının mətbuatda yayılan son hesabatında belədeyilir.

Hesabatda qeyd olunur ki, noyabrın 1-də Rusiya strateji nüvə qüvvələrinin əsas yerüstü komponentini təşkil edən RS-24 “Yars” raketi Arxangelskdəki Plesetsk kosmodromundan buraxılıb. Lakin Kamçatkaya kurs götürən raket hədəfə çatmadan, yarı yolda istiamətini dəyişib. Məlumatda deyilir ki, bundan öncə oktyabrın 25-də də həmin sınaqlar uğursuz başa çatıb. Həmin gün “Borey” sualtı kreyserindən buraxılan “Bulava” nüvə daşıyıcısı raketi də eyni aqibətlə üzləşib.

Hesabatda bildirilir ki, Rusiyanın hələ 2009-cu ildən tikməyə başladığı “Sarmat” raketi ilə bağlı da ciddi problemləri var. Bu qitələrarası raketin hələ 5 il əvvəl silahlanmaya qəbul edilməsi gözlənilsə də, yalnız bu ilin oktyabrında tələsik şəkildə qəbul edildiyi bildirilir. Lakin Ukrayna kəşfiyyatı “Sarmat”-ı “xam raket” hesab edir və bildirir ki, bu silah Hava Hücumundan Müdafiə sistemləri qarşısında lazımi üstünlüklərə malik deyil.

“AzPolitika.info”   

Şərhlər

Oxucu. 2023-11-04 14:36:47

Umumiyətlə belə marifləndirici məlumatları biz gərək etibarlı mənbədən götürək,Ukrayna burda marağlı tərəf olduğundan(burda rus və yaxud ukrayna tərəfi deyil əsl həqiqəti öz oxucularınıza və millətimizə çatdırmaq fikiri olmalıdır,bunu nə rus nədə ukraynalı oxumur) saxta məlumatlar çox yayır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol