Menu

"Gələn il pensiyaların orta hesabla 11 % artırılması mümkün olacaq" - Komitə sədri

04.11.2023, 14:22
"Gələn il pensiyaların orta hesabla 11 % artırılması mümkün olacaq" - Komitə sədri

“Gələn il Azərbaycanda pensiyaların orta hesabla 11 % artırılması mümkün olacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Şərhlər

dadaşyev 2023-11-05 11:45:59

Əşi qurtarın dilənçiyə sədəqə verirmişcəsinə qəpik-quruş artımları.300 manatın 11 faizi nə qədər edər?33 manat.Bir günə nə qədər düşər?1 manat 11 qəpik.Yəni gələn il pensiyaçılara gündə 1 manat 11 qəpik əlavə pul veriləcək deyə pensiyaçılar sevindiklərindən halay qurub yallı getməlidirlərmi?Siz məmurlar nələr danışırsınız ümumiyyətlə?Özü də ”Mümkün olacaq” deyilir.Yəni mümkün olmayacaqdı,amma Fərhad kimi qayalar çapıb tər tökərək çox çətinliklə də olsa nəhayət nail ola biləcəyik gündə 1 manat 11 qəpik artıma.Özünüz bilin,istəmirsinizsə verməyək.Biz sizin üçün çalışırıq,sizin minnətiniz olsun.Sevinin ki bunu da veririk.

Komitə Sədrinə 2023-11-04 22:03:57

Bəs ərzaq,xidmət qymətlərinin il ərzində 50-70 faiz artımı nəzərə alınsa 11 faizin nə demək olduğunu düşünən deputat,nazir varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol