Menu

“SAATDA 5 UŞAQ ÖLÜR” – “Qəzzada ölən uşaqların sayı son 3 ildə dünyada öldürülən uşaqların sayını keçib”

04.11.2023, 14:58
“SAATDA 5 UŞAQ ÖLÜR” – “Qəzzada ölən uşaqların sayı son 3 ildə dünyada öldürülən uşaqların sayını keçib”

“Qəzzanın 2,3 milyonluq əhalisinin təxminən yarısı uşaqlardan ibarətdir. 3 həftə ərizndə Qəzzada ölən uşaqların sayı son 3 ildə bütün dünyada öldürülən uşaqların sayını keçib”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniya mərkəzli “Save The Children” qeyri-hökumət təşkilatı məlumat yayıb.

Məlumata görə, Fələstində 3 həftə ərzində 3 mindən artıq uşaq həlak olub. Fələstin Səhiyyə Nazirliyi bildirir ki, İsrail hücumları zamanı 3760 uşaq və 2326 qadın olmaqla ümümilikdə 9061 fələstinli öldürülüb, ən azı 32 min nəfəri yaralanıb.

“Save the Children” təşkilatının məlumatlarına görə, HƏMAS-İsrail müharibəsində hər saat orta hesabla 5 uşaq həyatını itirir.

İsrailin hücumları nəticəsində bir yaşdan kiçik 133, üç yaşdan kiçik 444, üç yaşlı 171, ibtidai sinifdə təhsil alan 1527 və orta məktəbdə təhsil alan 523 uşaq həyatını itirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol