Menu

Əfqan Muxtarlı haqqındakı ittihamlara cavab verdi

27.11.2014, 11:00
Əfqan Muxtarlı haqqındakı ittihamlara cavab verdi

Artıq bir neçə gündür ki, bəzi mətbuat orqanları jurnalist Əfqan Muxtarlını ermənilərlə işbirliyində ittiham edir. Jurnalist özü mətbuat orqanlarında barəsində dərc olunan ittiham dolu yazılara belə cavab verib: “Yeni Müsavat” qəzetində barəmdə yazılan böhtan dolu məqalə, bu qəzetin baş redaktoru Rauf Arifoğlunun mənə olan münasibətindən qaynaqlanır. Bir neçə gün əvvəl “Yeni Müsavat” qəzetində məni təhqir edən başqa bir yazı da dərc edilmişdi. Məni ermənilərlə iş birliyində suçlayan Rauf Arifoğlu müharibədən yayınanda könüllü olaraq Şuşaya getmişəm. Azərbaycanın Milli Qəhramanı Ramiz Qəmbrovun taborunda xidmət etmişəm. 1992-1997-ci illər ərzində Azərbaycan Ordusunda xidmət etdiyim dövr ərzində, Şuşa, Lacın, Qubadlı, Füzuli və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişəm və yaralanmışam.

Armen Karapetyan adlı erməni jurnalisti ilə müştərək yazıma gəlincə, onunla birlikdə iki məqalə yazmışam. Həmin materiallar iwpr.net saytında dərc edilib. Britaniya Hərb və Sülh Icmalları Təşkilatına məxsus olan bu saytda dünyanın bir çox ölkələri barədə məqalələr dərc edilir. Müəllifi olduğum hər iki məqalə Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev barədədir. Hər iki məqalədə Dilqəm Əsgərovun və Şahbaz Quliyevin öz doğma yurd yuvalarına getdiklərini, Kəlbəcərin ermənilər tərəfindən işğal edildildiyini, Kəlbəcər və işğal olunmuş rayonlarımızla bağlı BMT-nin qətnamələrinin olduğunu bildirmişəm. Eyni zamanda məqaləmdə qeyd etmişəm ki, girovlar üzərində qurulan məhkəmə qeyri-leqitmdir və beynəlxalq hüquq normalarıziddir. Məqalələrimdə Azərbaycan ictimaiyyətinin tanınmış simalarının eləcə də Azərbaycan hökümətinin mövqeyini vermişəm.

Sadəcə savadsız və qərəzli insanlar qarayaxma cəhdləri edir. Bununlada Azərbaycan hakimiyyətinin Batumidə törətdiyi biabırçılığı arxa plana salmağa cəhd edirlər.

Fəaliyyətim tam şəfaf olub və istənilən qrum tərəfindən yoxlanıla bilər".

Bu arada,Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər də jurnalist Əfqan Muxtarlıya qarşı aparılan kampaniyaya reaksiya verib. Müsavat başqanı “facebook” səhifəsində bu məsələ barədə yazıb: “Əfqan Muxtarlının Azərbaycan əleyhinə çalışmaqda ittiham edilməsini təəssüflə qarşılayıram. Gənc yaşlarından vətən uğrunda döyüşlərdə iştirak edən, həyatını xalqa fəda etməyə hazır olan bir Qarabağ müharibəsi veteranını, cəsarətli bir jurnalisti vətənə qarşı fəaliyyətdə günahlandırmaq üçün çox ciddi faktlar, arqumentlər lazımdır ki, onlar da yoxdur.

Diskussiya iştirakçılarının digər mövzulardakı söhbətlərində Əfqan Muxtarlının haqlı ya haqsız olması (görünməsi) ona qarşı haqsız ittihamlara əsas və ya bəhanə olmamalıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol