Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
"Xalqın rifahının yüksəlməsi üçün hər bir kəs çalışmalıdır ki, öz sahəsində əlindən gələni eləsin. Büdcə müzakirələrində çıxış edən millət vəkillərinin əksəriyyəti büdcə proqnozları ilə bağlı məsələyə münasibət bildirərkən onların real olduğunu qeyd edirlər, öz təkliflərini verirlər. Çıxış edənlərin çoxu xərclərin artırılmasından danışırlar. Bu doğrudan da təbiidir. Belə də olmalıdır", - deyə o qeyd edib.


Şərhlər
Cənab Ələkbətov,bəs hakimiyyət bunu nə zaman anlayacaq?Və ya nə zaman hakimiyyət onu saxlayan xalqı nəzərə alacaq?Bunu açıqlaya bilərmisiniz?
Hansı birisi söz deyirsə sanki qurultayda çıxış edirmiş kimi ümumi,şüar cümlələriylə danışır,bu da özlərinin hər gün boğaza qədər tıs-tıxama yeyib-içdiklərini,kef çəkdiklərini,xalqın güzəranından isə xəbərsiz olduqlarını göstərir.Beş cümlə dedin,amma demədin ki,xalqın yaxşı yaşaması üçün ən birinci məsələ maaş və pensiyaların Avropadakı kimi, adam kimi verilməsidir,çünki necə olsa da biz neft-qaz ölkəsiyik qonşu ölkələrdən fərqli olaraq,onlara tay olmamalıyıq maaş-pensiya məsələsində,onlarla müqayisə etməməliyik özümüzü,ayıbdır hər şeydən başqa.Maaş və pensiyaları adam kimi vermək və qiymətləri tənzimləmək,kəlləçarxa çıxmağa qoymamaq.Onsuz da rəqabət yoxdur,monopoliyadır,o üzdən qiymətləri tənzimləmək su içmək kimi asandır.Filan şey filan qiymətə olsun!Baş üstə.Çətin olan şey bunu istəməkdir.
Doğru sözdür.Bəs niyə hakimiyyət buna imkan vermir? Təyin etdiyiniz maaşlar,pensiya və müavinətlərin buna imkan vermədiyinin fərqindəmisiniz? Axı Azərbaycanın vəziyyəti xeyli yaxşılaşdıtmaq imkanları mövcuddur.Bəs niyə bu sahədə irəliləyiş hisss olunmur? Maş,pensiya 9-12 faiz artır,bazar 45-80 faiz bahalaşır.Bizi hara sürükləyirsiiz?Pafoslu çıxışlardan millət bezib.
Xalq üçün iş yerləri açmırsız, açmayın. Amma heç olmasa cərimə, rüsüm, limit kimi maneələr yaratmayın. Tarif Şurasını ləğv edin. Bu neft, bu qaz, bu qiymətli metal yataqları Xalqa məxsus olmalıdır!