Menu

"DSMF kapital bazarlarına 800 milyon manat investisiya edib" - Sahil Babayev

04.11.2023, 17:08
"DSMF kapital bazarlarına 800 milyon manat investisiya edib" - Sahil Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsinə dair qanunvericilik paketi artıq hazırlanıb.

"Report" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

"Aydındır ki, DSMF-nin ehtiyatları daha böyükdür. Işsizlikdən Sığorta Fodunun ehtiyatları isə daha kiçikdir. Ona görə də aralarında böyük bir məbləğ fərqi var. Paket olaraq hər ikisi hazırdır. DSMF artıq investisiya fəaliyyətinə başlayıb. Artıq kapital bazarlarına təqribən 800 milyon manat həcmindəinvestisiya edilib. Bu əsasən çox konservativ bir yanaşma ilə aparılır. Belə fondların təcrübəsindən də irəli gələrək ilk olaraq investisiya fəaliyyəti konservativ investisiya aləti ilə getməlidir", - nazir bildirib.

Onun sözlərinə görə, DSMF-in sərbəst vəsaitləri əsasən dövlət qiymətli kağızlarına, 5 %-i isə banklara yönəldilib: "Mənfəətlilik dərəcəsi isə 8,1 - 8,3 % ətrafındadır".

S. Babayev bildirib ki, dövlət qiymətli kağızlarının satışı açıq hərraclar vasitəsilə keçirilir:

"DSMF də bu hərraclarda iştirak edir. Qaydaların iyun ayında təsdiqindən sonra avqustdan etibarən investisiyaya başlanıldı. Qaydalara əsasən, investisiya ancaq dövlət qiymətli kağızlarına, dövlət zəmanətli qiymətli kağızlara, 5 % həcmində bəlli kriteriyalara uyğun gələn, müvafiq rezervləri olan banklara, repo və əks-repo əməliyyatlarına yatırıla bilər. Bunlardan başqa yerlərə investisiya edilməsi səlahiyyəti bu gün nə DSMF-də var, nə də İşsizlikdən Sığorta Fondunda. Bu gün Azərbaycanın dövlət qiymətli kağızlarının gəlirlilik dərəcəsi kifayət qədər yüksəkdir və az risklidir. O vəsaitlərin hazırda başqa istiqamətlərə yönəldilməsi planlarımızda yoxdur.

İnvestisiyalardan əldə ediləcək gəlirin də hara yerləşdirilməsi istiqamətləri qaydalarda açıq şəkildə qeyd edilib. Burda bir neçə istiqamət var. Bunlardan birincisi sosial islahatların maliyyələşdirilməsidir".

Şərhlər

Vəliyev Cahangir 2023-11-05 13:00:14

DSMF nə zamandan investot olub?Onun inxestidiya üçün vəsaiti haradandır?Niyə bu məsələ ilə maraqlanan müvafiq dövlət qurumu ortada yoxdur.Əlil və şəhid vəsaitlərinin verilməsinin qarşısını alaraq investisiya vəsaiti yaratmaq hansı qanunla nəzərdə tutulub? Niyə bu məsələ örtülü qalır?Bəs hökumət nəyə nəzarət etmir?

Pensiyaçı 2023-11-04 21:33:48

DSMF -nun işi əlil.pensiyaşı,ailə baçısıı itirmiş ailələrə dövlətin ayırdığı vəsaitlərin təyinatı üzrə əhaliyə çatdırmaqdır.Onda 800 000 manat inveestisiya qoymaq vəsaiti necə əmələ gəlib?Bu əhalinin yaşamına təsir etməyib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol