Menu

“Qarabağ Azərbaycan ərazisidir” - Almaniyalı nazir

04.11.2023, 21:30
“Qarabağ Azərbaycan ərazisidir” - Almaniyalı nazir

“Qarabağ Azərbaycan ərazisidir. Almaniya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır”.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, o, Cənubi Qafqazda insanların arzusu budur ki, regionda sülh və əmin-amanlıq olsun.

“Mən Bakıda da insanları dinlədim. Onların qayğıları sülh və təhlükəsizliklə əlaqədardır. Mən vaxtı ilə Ermənistandan Azərbaycana köçmüş insanlarla da ünsiyyətdə oldum”, - deyə o əlavə edib.

Şərhlər

B.Qarabağlı 2023-11-05 14:24:18

Siyasi aparıcı qərb dünyası bir aya yaxındır, hamılıqla yer kürəsinin bütün hərbi hazırlıqlara, silahlı təcavüzlərə yekdilliklə *Yox!*, Fələstinə Azadlıq şüarları ilə çıxış edirlər! Azərbaycan siyasəti də hər iki respublikada milyonlarla azərbaycanlı ailələrinə qarşı 33 illik tarixi hərbi genosid terroruna görə oxşar dəstəyə nail olmalıdır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol