Menu

“Beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun Ermənistana çağırışların şahidi olmadıq” - Nazir

04.11.2023, 21:54
“Beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun Ermənistana çağırışların şahidi olmadıq” - Nazir

“Bütün faktlara, göstərilən sübutlara baxmayaraq, biz beynəlxalq ictimaiyyət, dövlətlər və təşkilatlar tərəfindən bir dəfə də olsun Ermənistana bununla bağlı çağırışların şahidi olmadıq”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ağrılı məqam ondan ibarətdir ki, ərazilərimizin minalanması məsələsini Azərbaycan dövləti daimi olaraq qaldırıb: “Bu faktlar aşkar edilirdi. Laçın yolu üzərində Azərbaycanın tam nəzarəti bərpa edilməyənə kimi Ermənistan bu hərbi cinayətləri intensiv şəkildə davam etdirib. Bunun ağrılı nəticələrinin qarşısının alınması üçün illər çəkəcək. Bütün faktlara, göstərilən dəlillərə baxmayaraq, biz beynəlxalq ictimaiyyət, dövlətlər və təşkilatlar tərəfindən bir dəfə də olsun Ermənistana bununla bağlı çağırışların şahidi olmadıq. Bunun nəyə görə belə olması bəlli suallar doğurur”.

Şərhlər

B.Qarabağlı 2023-11-05 18:44:26

Bəli, vəhşi-hərbi genosid işalına qarşı BMT TŞnın operativ həll qətnaməsi olsa da dünya ictimaiyyatı, beynəlxalq təşkilatlar 33 illik cinayəti nəinki, mühakimə etdilər, yetərincə qınamadılar belə? Əksinə, çox saxtakar münasibətlər üzə çıxdı? Hələ də soyqırım işğalçını tanımamaq əvəzinə hərbi də daxil dərin əlaqələrə girirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol