Menu

"Fənərbağça" bu mövsüm ilk məğlubiyyətini alıb

05.11.2023, 00:31
"Fənərbağça" bu mövsüm ilk məğlubiyyətini alıb

Türkiyə Superliqasının 11-ci turunun mərkəzi oyununda "Fənərbaxça" "Trabzonspor"u qəbul edib.

Apasport.az xəbər verir ki, 5 qolun vurulduğu matçda Trabzon təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. "Fənərbağça" bu mövsüm 19 matçdan sonra ilk dəfə uduzub.

"Fənərbağça" - "Trabzonspor" - 2:3 

Qollar: Onuaçu, 10 (0:1), Özdemir, 46 (0:2), Pepe, 47 (0:3), Tadiç, 61-pen. (1:3), 90-pen. (2:3) 

Qırmızı vərəqə: Yüksek, 78 ("Fənərbağça")

Bu nəticədən sonra "Fənərbağça" 30 xalla (11 oyun) 2-ci pillədə yer alıb və yenidən lider olmaq şansını əldən verib. "Qalatasaray" 31 xalla (11 oyun) 1-ci, "Adana Demirspor" 20 xalla (10 oyun) 3-cü, "Trabzonspor" 19 xalla (11 oyun) 4-cüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol