Co Bayden altı yaşlı uşaq ağılındadır.
APA xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları ilə görüşü zamanı bildirib.
Siyasətçinin sözlərinə görə, dünya Baydenə gülür:
“Mən Baydenin bu yaşında ondan daha ağıllı olan altı yaşlı uşaqlarla rastlaşmışam”.
Siyasətçi Co Baydeni korrupsioner və səriştəsiz adlandırıb.
Keçmiş prezident deyib ki, Çin və Rusiya rəhbərliyi ABŞ-nin başına gələnlərə inana bilmir.
“Ölkəmizə, prezidentimizə hörmət edirdilər, ona görə də biz təhlükəsiz idik. Çin bizimlə uşaq kimi danışır”, - deyə Tramp narazılığını bildirib.


Şərhlər
Görəsən, D.Tramp C.Baydenin hansı mövqeyi, ya çıxışından sonra həmin yüksək fərqli düşüncəyə gəlib?
ABŞ-ın başına Ruzvelt kimi,Kennedi kimi,Reyqan kimi ağlı başında olan əsl siyasət adamlarının gətirilməsi erası SSRİ-nin dağılmasıyla başa çatdı.ABŞ-ın bütün soyuq müharibə dövründə ipini yığan sovetlər idi,soyuq müharibə bitən kimi ABŞ dünyaya təkbaşına ağalıq etmək iddiasına düşdü,odur ki bir-birindən rəzil,donqili,ərköyün,lovğa tipləri Ağ Evə gətirib oturtdular.Oturtdular,çünki ABŞ-da seçki-filan deyə bir şey yoxdur,orada seçki demokratiya illüziyasıdır,göstərmə hərəkətdir.ABŞ-a kimin prezident olmasının heç bir əhəmiyyəti yoxdur,çünki ABŞ-ı da,prezidenti də Konqress idarə edir.Kennedi kimi sözəbaxan olmazsa ağacların dalından,binaların damından birisinə snayperlə öldürtdürürlər,üstü açılmasın deyə dərhal da o snayperi öldürürlər.Hər hansı qlobal məsələ barədə ABŞ-ın qərarı prezidentin qərarı kimi dünyaya sırınır,əslində isə prezidentin qlobal məsələlərə təkbaşına qərar verməyə ümumiyyətlə səlahiyyəti yoxdur.Ona yalnız Konqress qərar verə bilər.Tramp Şimali Koreyanı vurmaq istədi,Konqress qoymadı.Amma 20 il əvvəl ABŞ-ın İraqa və Əfqanıstana girməyi guya Buşun qərarıyla olmuşdu.Halbuki Buş seçkidə Albert Qora uduzmuşdu,Konqressə isə lovğa,ərköyün,təkəbbürlü Buş lazım idi ki,MKİ ilə işbirliyinə gedib Nyu-Yorkdakı ekiz qüllələrin vurulmasına,bu bəhanəylə də İraqa və Əfqanıstana girməyə razılıq versin.O üzdən Kinqress seçkiyə qarışıb Ali Məhkəmə qərarıyla Buşu seçki qalibi etdi.O kadar net yani.