“İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına qəbul keçirilir. Bu da namizədlərin 17 faizini təşkil edir”.
“Report” xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov Dövlət İmtahan Mərkəzində Vəkillər Kollegiyasının üzvlüyünə namizədlərin növbəti seçim prosesində deyib.
“Ümid edirik ki, imtahandan uğurla keçən namizədlər Naxçıvanda fəaliyyətlərini davam etdirəcək və beləliklə, muxtar respublikada olan vəkil azlığı aradan qalxacaq. Gələcəkdə də bu imtahan müntəzəm keçiriləcək. Həm Bakıda, həm də regionda yaşayan vəkilləri bu imtahanlarda iştirak etməyə dəvət edirik”-deyə, o bildirib.


Şərhlər
Önce Qarabağ,sonra Naxçivan işğaldan azad oldu.Ona göre
Acınacaqlı durum . Sevinirlər ki , Naxçıvanda da axır ki ,vəkilliyə qəbul keçirə bildik ,amma nədənsə heç vaxt ayaqları ora dəyə bilməyən nazir ,məmurlar bu vəziyyətə necə düşdüklərini dilə gətirməyə indi də cəsarətləri çatmır