Menu

İsrailli nazir Qəzzaya nüvə bombası atılmasını mümkün sayıb - Netenyahu qəzəbləndi

05.11.2023, 13:46
İsrailli nazir Qəzzaya nüvə bombası atılmasını mümkün sayıb - Netenyahu qəzəbləndi

Qəzza sektoruna nüvə bombası atılması ehtimalını istisna etməyən Qüds və İsrail dövlətinin irsi işləri üzrə nazir Amixiya Eliyaxu növbəti bildirişə qədər Nazirlər Kabinetinin iclasından uzaqlaşdırılıb.

APA-nın “Kan” radiosuna istinadən verdiyi xəbərə görə, bunu bu gün İsrail Baş naziri Binyamin Netenyahu bildirib.

Binyamin Neteyahu deyib ki, Amixiya Eliyaxunun sözləri həqiqəti əks etdirmir və reallıqla əlaqəsi yoxdur: "İsrail və İsrail Ordusu beynəlxalq hüququn standartlarına uyğun hərəkət edir və biz bunu qələbəyə qədər davam etdirəcəyik”.

Qeyd edək ki, bu gün Amixiya Eliyaxu Qəzza zolağına nüvə bombası atılmasının mümkün variantlardan biri olduğunu söyləyib.

Şərhlər

dadaşyev 2023-11-05 15:41:26

Fələstinli-yəhudi qarşıdurmaları eradan qabaqkı minilliklərdən gəlməkdədir.Kimin işğalçı,kimin partizan olguğunu bilmək üçün Bibliyanın qədim hissəsini oxumaq yetərlidir.Sadəcə,oxuyarkən bilmək lazımdır ki,o hekayələr fələstinlilərə düşmən tərəfin yazısıdır.O adamların ki Misirdən elliklə çıxarıldıqdan sonra Musa peyğəmbərin rəhmətə getməsindən sonrakı əsrlərdə səhralarda dolaşmaqdan bezib fələstinlilərin şəhər və kəndlərinə basqınlar düzənləyərək qırdıqlarını qırmış,sahibləndiklərinə sahiblənmişlər.Öz torpaqlarını qoruyan fələstinlilər isə qaniçən quldurlar,xainlər kimi göstərilir.Elə bircə məşhur “Samson və Dəlilə” hekayəsini oxumaq yetərlidir.Təkbətək vuruşmada aslana qalib gələn, qeyri-adi gücə malik Samsonun saysız fələstinliləri qırdığı,üstəlik Fələstin şəhərlərinə gəlib pozğun qızlarla eyş-işrət keçirdiyi,buna görə də onu ələ keçirmək istədikləri açıqca göstərilir. Yəni yəhudi tərəfdən baxıldığında qəhrəmandır,amma fələstinlilər üçün amansız qatildir,üstəlik özlərinin torpaqlarında.O pozğunlardan birisi Qəzza gözəli Dəlilədir,Samson onunla da mırtlaşır.Hekayəni düzüb qoşanların “Samsonun gücü uzun saçlarıındaydı” kimi bəzək-düzəyini bir tərəfə qoysaq bəlli olacaq ki,Dəlilə öz xalqının bu adam tərəfindən qırılmağına dözmür,bir gecə onun əl-ayağını bağlayıb saçlarını da qırxaraq çoxlu pul qarşılığında fələstinlilərə satır.Qadın həqiqətən də pozğun imişmi,sevdiyinə xain imişmi,bunu hekayəni yazanlar deyir,Samsonun özünün pozğun,əyyaş,qatil olduğunu isə demirlər.Amma Dəlilə pozğun imişsə o zaman xainliyə görə niyə qınanmalıdır ki?Zəhərdə şəfa,qəhbədə vəfa olmaz,deməyiblərmi?Pozğun qadın pul üçün sevişər,Samson da hər gecə ona əl-ayağını bağlatdırıb sevişən əcaib birisi.Dəlilə üçün hazırca pul dağarcığı,xalqın böyüklü-kiçikli axtardığı dələduz,satıb onun verəcəyindən yüz min qat artıq pul qazanacaq.Yox əgər pozğun deyilmişsə,həqiqətən də ilk vaxtlar Samsonu sevirmişsə?O zaman demək anlayıb ki,vətənini işğal edən,həmtayfalarını öldürən birisini sevməklə xalqına xəyanət etmiş olur,odur ki Samson növbəti dəfə ona əl-ayağını bağlatdıranda saçlarını qırxıb onu alçalmış,rəzil bir qul kimi öz həmtayfalarına satıb.Saçlarını qırxmaqla guya Dəlilə onun gücünü əlindən alıb,yazanlar belə bir əfsanə uydurmuşlar.Amma real yanaşılsa?O zaman bilmək lazımdır ki,qədim zamanlarda pozğun qadını bağlayıb eşşəyə tərsinə oturdub saçlarını qırxaraq küçələrdə gəzdirirdilər ibrət olsun deyə.Bu hekayədə isə qadın kişini bağlayıb saçlarını qırxmışdır.Yəni pozğun odur,mən deyiləm.O zaman Dəlilə Fələstinin qəhrəman qızıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol