ABŞ-ın Dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Telekanal diqqətə çatdırıb ki, Fidan ilə Blinken arasında noyabrın 6-da baş tutacaq rəsmi danışıqlarda Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.


Şərhlər
Bu köpəyuşaqlarının get-gəlləri atəşi dayandırmaq üçün yox,Qəzzada qırğını mümkün qədər uzatmaq yolları aramaq üçündür.Kiçik ölkələrə barmaq silkələyərək “Qarışma!Dağıdaram səni!” deyərək,böyük ölkələrlə isə siyasi alverə girməyə çalışaraq.İrana dedilər dondurulmuş milyardlarla dollarını geri qaytaracağıq,Misirə dedilər bizə olan milyardlarla dollar borcunu siləcəyik,Rusiyaya dedilər Ukraynaya silahları verməyi dayandıraraq səninlə razılığa gətirəcəyik,indi də Türkiyəylə alverə gəliblər.Yəni,məsələn,deyəcəklər biz PKK-ya yardımı dayandırırıq və Fətulla Güləni Türkiyəyə veririk,əvəzində Türkiyə Qəzza məsələsini görməzlikdən gəlir,üstəlik F-35 təyyarələri də peşkəş.Amma Ərdoğan belə işə qol qoyarmı?Bax,on illərdir min cür oyunlar çıxarıb Ərdoğanı aşıraraq yerinə Kılıçdaroğlu kimi sözəbaxan əqidəsiz ləhlülünü belə işlərinə görə hakimiyyətə gətirmək istəyirdilər bunlar.Kılıçdaroğluna elə arxayın söz vermişdilər ki,adam iki-üç il idi artıq özünü Türkiyə prezidenti hesab edirdi,bir qalırdı bu ilin may seçimlərində təsdiqlənməyi.Elə qudurmuşdu ki,əsib coşub o idarəyə,bu nazirliyə gedirdi barmaq silkələyirdi,bir ordu qərargahına gedəndə isə ordu generalı bunu görüncə ona necə “s-r lan” komandası vermişdisə bədbəxtin tüstüsü təpəsindən çıxmışdı,demişdi “dayan,mən prezident olum,sənin apoletlərini sökəcəyəm”.Ondan sonra daha heç bir idarəyə getməmişdi.