Menu

ABŞ Yaxın Şərqə nüvə gəmisi göndərdi – Əsas hədəf İrandır

06.11.2023, 12:00
ABŞ Yaxın Şərqə nüvə gəmisi göndərdi – Əsas hədəf İrandır

Qəzzadakı Fələstin-İsrail münaqişəsində İsrailə açıq dəstəyini ifadə edən ABŞ döyüş gəmilərinin ardından Yaxın Şərqə nüvə sualtı qayığı göndərib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “CNN” nəşri məlumat yayıb.

“Ohayo” sinifli sualtı qayığın ABŞ-dan yola çıxdığı və hazırda Süveyş kanalı yaxınlığına olduğu bildirilib.

“CNN”-nin xəbərində qeyd olunub ki, ABŞ bu addımı İrana qarşı atıb və onu hazırkı qarşıdurmaya daxil olmaqdan çəkindirmyə hesablanıb.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-11-06 12:54:39

Əsas hədəf İran deyil.Daha doğrusu,İran ümumiyyətlə hədəf deyil.Aralarındakı gizli xosunlaşmalar şübhə doğurmasın deyə bu onun hərbi bazasına,o da bunun hərbi bazasına,İrak tərəflərə bir-iki raket atacaq,ölən olmasa da guya yaralananlar olacaq,vəssalam.Çünki raketlərin əsas qismi nədənsə bazaların üstünə yox,ətrafa,çöllüyə düşmüş olacaq.”Bir cənub şəhərində”ki kimi,qarnımdan vurma,baldırımnan vur ki ölməyim.Bu,dünyada neftin qiymətini anında yuxarılara fırlatmaq üçün ABŞ-İran bicliyidi ki,vaxtaşırı ABŞ-da neft rezervuarları dolub daşdığı zaman edilir ki,Amerika Yaxın Şərqdən çırpışdırdığı neftini baha satsın,İsrail-Fələstin məsələsinin bu bicliyə aidiyyəti yoxdur.Sualtı gəmilərin göndərilməyində hədəf İsrailə müharibə elan etmiş Yəməndir:Yəmən husilərinə İranın suüstü gəmilərinin silah daşımamasına ABŞ-ın o zonaya göndərdiyi təyyarədaşıyan bir gəmisi nəzarət edir,amma dənizaltından İran sualtı gəmiləriylə silah daşınmamasına da ABŞ sualtı gəmiləri nəzarət edəcək.O kadar net yani yau kardeşim.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol