"Fələstin və İsrail arasında münaqişə etnik və ya dini xarakterli deyil, bu milli məsələdir. Bu hər iki xalqın eyni torpaqda yaşamaq hüququ ilə bağlıdır".
APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.
"Hər iki xalqın eyni ərazidə yaşamaq hüququ var və onlar paylaşaraq birgə yaşaya bilərlər. İki xalq sülh içində yaşamaq üçün paylaşmalıdırlar.
Deyirlər ki, bununla bağlı ortada sənəd, razılaşma yoxdur, amma bu razılaşma var və bu Oslo Razılaşmasıdır. Ancaq bu razılaşma reallaşmayıb və problem də budur. İllər ərzində bu münaqişə kəskinləşib. HAMAS-ın hücumları olub, İsrailin buna cavabları olub və nəticədə ortada böyük mülki itkilər var. Sual yaranır niyə Oslo Razılaşması reallaşmadı? Çünki hər iki tərəfdən müəyyən qüvvələr meydana çıxaraq buna mane oldu, onlar bir-birinin yaşamaq və mövcudluq hüquqlarını inkar etdi, tanımadı. İordan çayının qərb sahilində İsrailin kolonizasiyası artdı, fələstinlilər təzyiqə məruz qaldı və bu illər ərzində baş verənlərdən radikal dini, qruplar, silahlı qruplar fürsət kimi istifadə etdi. HAMAS-ın 7 oktyabrda İsrailə qarşı törətdiyi barbarlıq bizi paradoks qarşısında qoydu. Dünya düşünürdü ki, bu münaqişə dayanıb və bu illuziya hamıda var idi. Status-kvo dəyişməsə də sabitlik vardı. Biz düşünürdük ki, Ərəb ölkələri ilə İsrail arasında normallaşma İsrail və Fələstinə sülh gətirə bilər ancaq bu baş vermədi. Yaxın Şərqdəki faciə sülhə nail olmaq üçün səylərin göstərilməməsi nəticəsində Qərb diplomatiyasının mənəvi uğursuzluğudur".
Borrell deyib ki, artıq bu münaqişə dini, sivilizasiyalar arası münaqişə kimi təqdim olunur. O belə qarşıdurmadan qaçmaq üçün hər şey etməli olduqlarını vurğulayıb.


Şərhlər
Məlikməmməd nağılı danışır,söhbət bir yol bir lahiyənin qarşısını Qəzzada almaqdır,Misirə və ordanda Afrikaya gedən quru yoldan gedir,bir sözlə dava yorğan davasıdır.