Menu

"Bizdə qazın qiyməti o qədər də yüksək deyil" - Nazir

06.11.2023, 14:19
"Bizdə qazın qiyməti o qədər də yüksək deyil" - Nazir

Qaz limiti kifayət qədər mürəkkəb məsələdir. Bizdə qazın qiyməti o qədər də yüksək deyil.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, sosial həssas əhali üçün müəyyən limit qoyulub:

"Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur. Limitdən yuxarı hissə isə bahadır. Bu, o qədər də sadə məsələ deyil. Biz bunu açıq etiraf etməliyik", - deyə nazir bildirib.

Şərhlər

İsmayıl 2023-11-06 19:50:18

Çox yüksəkdir ....

Vətəndaş 2023-11-06 18:20:00

Toxun acdan nə xəbıri? Heç bilirsən insanlar nə vəziytətdə yaşayır? Qorxudan Bakı kəndlərində qaz yandırmırlar ki limuti keçər....

dadaşyev 2023-11-06 16:57:42

Aha!Adı gələndə milləti allergiya tutan Tarif Şurasının addım səsləri yaxınlaşır yavaş-yavaş.Metrodan sonra qaz məsələsi də üfürülür.Ardınca su və işıq məsələsi qabardılacaq.Sonra benzin,dizel-filan.Vəssalam.Qara camaat sevincindən yallı gedəcək.Elə ki qiymətlər yenə qalxdı,xorla oxuyacaq ki,”O yerdə ki sən tək nazir olmaya,o yer viran olub dağılsın gərək.Bulud zülflü,Ay sifətli nazirin,duruban başına dolanmaq gərək.O yerdə ki ridada-hidada-hidadadaa,Canı qaz oduna qalanmaq gərək”.

Watchman 2023-11-06 16:29:54

Sənin deyəsən limitdən xəbərin yoxdur. Ölkəyə təzə təşrif buyurmusan.

Baba 2023-11-06 16:04:47

Nsft qaz ölkəsidir bu ölkə. burada o qiymət olmalı deil

X 2023-11-06 15:03:13

Buna ne deyesen? Yalançının belasın Allah versin. 8 ay qaz yandıran camaat ne etmelidir?.

Həsən 2023-11-06 14:36:09

Bu Sizin ücün yüksək deyil Cənan Nazir. 300m pensiya alan ücün cox yüksəkdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol