Menu

8 NOYABR ZƏFƏR GÜNÜ: Ardıcıl və qətiyyətli dövlət siyasətinin nəticəsi

06.11.2023, 14:26
8 NOYABR ZƏFƏR GÜNÜ: Ardıcıl və qətiyyətli dövlət siyasətinin nəticəsi

Həsən Bayramov, 

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası və Elm Komissiyasının üzvü

Azərbaycanda müstəqil respublika quruculuğu prosesinin ən ündə əsasını ölkədə siyasi sabitliyin və vətəndaş həmrəyliyinin təmin edilməsi və Xəzər dənizinin karbohidrogen yataqlarının Avropa bazarlarına çıxarılması təşkil etdi. Bundan sonra mütəşəkkil ordu quruculuğunu təmin etməklə dövlət siyasətinin mütləq prioritetini və strateji hədəfini işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması təşkil edib.

Bunlara nail olmaq üçün ölkə rəhbərliyi münaqişə dövründə aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük verməklə münaqişənin həllinin hüquqi bazasını təmin edib. Birləşmiş Millətlər təşkilatının Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti hər cür sülh razılaşmaları ilə bağlı ölkəmizin irəli sürdüyü təklifləri qulaqardına vurub, İslam Əməkdaşlıq Təşkilatı kimi ciddi qurumlar ölkəmizin ərazi bütövlüyünü təsdiq edən qətnamələr qəbul edib.

Amma münaqişənin həllinə ikili standartlarla yanaşan ATƏT-in Minsk qrupu onun həllindən çox, vəziyyətən dondurulmasına çalışmaqla, haqlı və haqsız tərəfə eyni münasibət göstərib. BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı qüvvələrinin işğala məruz qalmış ərazilərindən qeydsiz-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə etinasız yanaşılaraq icra olunmayıb.

Sanki görmürdülər ki, 30 il ərzində bir milyon Azərbaycanlı vətənimizdə qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Onların doğma ata-baba yurdlarına ləyaqətli köçünə etinasızlıq göstərilib.

Bu müddət ərzində işğal altında saxladıqları ərazilərimizdə Ermənistanın işğalçı ordusunun vandallığı baş alıb getməklə, şəhər və kəndlərimizdə infrastruktur tamamilə məhv edilib, dini və tarixi abidələrimizə qarşı vəhşiliklər xarici nümayəndələri də heyrətləndirib. Son nəticədə ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vurulubdur. Beynəlxalq təşkilatların ikili yanaşmalarındakı ruhlanan erməni silahlı birləşmələri, fasiləsiz olaraq yüksəklikdə yerləşən mövqelərimizi aramsız atəşə tutubdur.

Nəhayət, xalqımızın səbri tükənmiş, ölkə Prezidenti Cənab Ali Baş Komandan münaqişənin həlli məqsədilə ordumuza “ İrəli” əmrini verməli olmuşdur. 44 günlük Vətən müharibəsində xalqımızın və ordumuzun dövlət başçının qətiyyətli qərarını dəstəklənməsi unikal müharibə strategiyasının uğurlu başa çatmasını təmin edib. Son nəticədə ərazi bütövlüyümüz bərpa olunub.

Noyabrın 8-də Milli Ordunun mənəvi paytaxtımız olan Şuşanı azad etməsi qələbəmizə yekun vurmaqla 10 noyabrda Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri arasında məlum üçtərəfli bəyanat imzalandı, düşmənin məğlubiyyəti rəsmiləşdi.

Cənab İlham Əliyev haqlı olaraq elan etmişdir ki, “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

2020-ci ilin dekabrın 10-da Bakının Azadlıq meydanında Qardaş Türkiyə və Azərbaycan Respublikası Prezidentlərinin birgə qəbul etdikləri Qələbə paradı orada Cənab Rəcəb Tayyib Ərdoğanın Arazla bağlı şeri səsləndirməsi dünyaya növbəti mesaj oldu. Azərbaycan tək deyildir. Onun ərazisində ikinci erməni dövləti yaranmayacaq.

Çox təəssüf ki, nə Ermənistan, nə də Fransa başda olmaqla,onun havadarları yenə nəticə çıxarmadılar, əksinə müxtəlif təxribatlarla vəziyyəti daha da gərginləşdirdilər. Yenidən Xankəndindən təxribat mesajları gəldi, qondarma “Prezident seçkiləri” oyunbazlığı baş verdi. Nəticədə “ Dəmir yumruq” isə qarışmalı oldu.

Sentyabrın 9-da lokal xarakterli anti terror əməliyyatı ilə qondarma rejim cəhənnəmə getdi. Xankəndindəki rejim illərlə oradakı əhalini təzyiq altında saxlayıb, oraları çapıb-talamışdır. Bu da azmış kimi erməni sakinləri vahimələndirilmiş, onları Ermənistana kütləvi köçə təhrik etmişlər. İndi də peşiman olub geri qayıtmaq üçün dil tökürlər.

Xalqımıza qarşı etibarsız oyunlarının qurbanı olduqlarını etiraf edir, peşmanlıq hissi ilə xalqımıza qarşı üzü dönüklüyün acısını çəkirlər.

İndi ölkə başçısı respublikanın gələcək inkişaf strategiyasının təməl hədəfini aşağıdakı kimi müəyyən edib: Düşmənin viran qoyduğu ərazilərimizi tamamilə yenidən qurmaqla soydaşlarımızın Qarabağa öz yurd-yuvalarına qayıtması prosesini tamamlamaq, Qərbi Azərbaycanlıların isə dədə-baba yurdlarına ləyaqətli qayıdışına nail olmaq!

Azərbaycanlılar İrəvan xanlığına qurucu və birləşdirici faktor olaraq qayıtmaqla, hər iki qonşu dövlətin qarşılıqlı əməkdaşlığına da xeyirxah qarant olacaqdır.

Əslində “Dəmir yumruq” xalqla ordunun ölkə başçısının yanında olması, bir yumruq kimi birləşərək düşmən qüvvələrinin başını əzibdir.

İndi xalqımızın və dövlətimizin tarixində yeni mərhələ başlayıb. Azad edilmiş ərazilərə mütəmadi səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, düşmən tapdağından azad edilmiş əraziləri tez bir zamanda bərpa edərək oraları əzəmətli tikinti meydançasına çeviribdir. Bununla da gələcəkdə yeni aqrar, sənaye və sosial obyektlərin açılışına hazırlaşmaq məqsədi ilə ölkəmizin böyük quruculuq əzmini nümayiş etdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol