“Yaxın Şərqdə baş verənlər dinlərin, sivilizasiyaların müharibəsidir”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqlə bağlı mövqeyini dəstəklədiyini bildirib: “Dünən Ərdoğanı dinləyirdim, o da Qərbə müraciət edərək deyirdi ki, siz yenə səlib müharibəsi istəyirsiniz? Bunlar çox güclü ifadələrdir. Biz bu münaqişənin genişlənməsinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.