Menu

Rusiya sülhməramlıları Qarabağda şəxsi heyətin rotasiyasını başa çatdırıb

06.11.2023, 21:11
Rusiya sülhməramlıları Qarabağda şəxsi heyətin rotasiyasını başa çatdırıb

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ İqtisadi Rayonundakı sülhməramlı qoşunlarının şəxsi heyətinin rotasiyasını başa çatdırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya MN-nin saytında yerləşdirilən bülletendə bildirilib.

Qeyd olunub ki, sülhməramlıların şəxsi heyətinin rotasiyasının yekunlaşması ilə yanaşı habelə planlı təmir üçün silah və hərbi texnikanın Rusiya Federasiyasına göndərilməsi prosesi də başa çatıb.

"Müşahidə sisteminin optimallaşdırılması çərçivəsində Şuşa rayonunda daha bir müşahidə məntəqəsi bağlanıb. Ümumilikdə, sentyabrın 19-dan on müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb", - deyə Rusiya MN-nin bülletenində bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol