Camiat Ulema-e-Islam Pakistan –Fazlın (JUI-F) rəhbəri Maulana Fazlur Rehman ötən gün Qətərdə HƏMAS qrupunun rəhbərliyi ilə görüşüb və sonuncular deyib ki, Təl-Əvivin Qəzza zolağının bombardmanını davam etdirdiyi bir vaxtda “İsrail ədalətsizliklərinə qarşı birləşmək” müsəlman dünyasının borcudur.
Bu barədə JUI-F-nin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib. Mövlananın Qətərdə HƏMAS liderləri, qrupun keçmiş rəhbəri Xalid Mashaal və siyasi rəhbəri İsmayıl Haniya ilə görüşündən fotolar paylaşılıb. Görüş zamanı Fələstin məsələsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Maulana Fazlur Rehman görüşdə bəyan edib ki, “İsrail zülm və ədalətsizlik yolu ilə Fələstindəki status-kvonu və Əl-Əqsa məscidinin statusunu dəyişdirməyə çalışır, inkişaf etmiş ölkələrin müdafiəçilərinin əlləri günahsız qadın və uşaqların qanına bulanıb”.
JUI-F lideri deyib ki, fələstinlilər təkcə öz torpaqları üçün deyil, həm də müsəlman ümmətinin borcunu yerinə yetirərək, Əl-Əqsanın azadlığı uğrunda mübarizə aparır: “Müsəlman ümmətinin meydanda fələstinli qardaşlarla çiyin-çiyinə durmasının vaxtı çatıb”.
İsmayıl Haniya deyib ki, İsrail ədalətsizliklərinə qarşı birləşmək müsəlman ümmətinin vəzifəsidir: “İnsan haqlarını müdafiə edən ölkələr silahla dolu gəmiləri Təl-Əvivə göndərir. Müsəlman ümməti fələstinli qardaşlarına dəstək olmaq, analarına, bacılarına və qardaşlarına kömək etmək üçün meydanda olmalıdır”.
Xatərladaq ki, oktyabrın 7-də HƏMAS Qəzzadan İsrailə qəfil hücum edib və rəsmilərə görə 1400 nəfəri öldürüb, eyni zamanda 200-dən çox insanı girov götürüb.
Cavab olaraq, İsrail Qəzzaya hava və qurudan hücum həyata keçirib. Səhiyyə Nazirliyinin məlumatına görə, o vaxtdan bəri ən azı 4,800 uşaq da daxil olmaqla 9,700-dən çox insan ölüb.
SƏMLA
AzPolitika.info


Şərhlər