Menu

BMT Təhlükəsizlik Şurası noyabrın 9-da Yaxın Şərqlə bağlı iclas keçirəcək

07.11.2023, 09:34
BMT Təhlükəsizlik Şurası noyabrın 9-da Yaxın Şərqlə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası noyabrın 9-da Yaxın Şərq münaqişəsi ilə bağlı açıq iclas keçirəcək.

"Report"un məlumatına görə, bunu jurnalistlərə BƏƏ-nin BMT-dəki daimi nümayəndəsi Lana Zəki Nuseyba deyib.

"BMT Təhlükəsizlik Şurasının açıq iclası cümə axşamı keçiriləcək", - o deyib.

Nuseyba əlavə edib ki, noyabrda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çin bu humanitar fəlakəti diqqət mərkəzində saxlamaq üçün Təhlükəsizlik Şurasının həm rəsmi, həm də qeyri-rəsmi iclaslarını keçirmək niyyətindədir.

Daimi nümayəndə qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü tərəfindən hazırlanmış Yaxın Şərq qətnamə layihəsi üzrə məsləhətləşmələr aparır və bütün 15 üzv ölkə müzakirələrdə iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol