Menu

Məşhur aktrisadan İsrailin qətliamlarına etiraz - "Qəzza kütləvi məzarlığa çevrilir”

07.11.2023, 10:17
Məşhur aktrisadan İsrailin qətliamlarına etiraz - "Qəzza kütləvi məzarlığa çevrilir”

Amerikalı aktrisa, keçmiş xoşməramlı səfir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının keçmiş xüsusi nümayəndəsi Ancelina Coli Qəzza zolağının bombalanmasına görə İsraili tənqid edib. O, həmçinin BMT Təhlükəsizlik Şurasında atəşkəsi dəstəkləməyən dünya liderlərinin "bu cinayətlərdə” əli olduğu qənaətindədir.

Məşhur aktrisa bu barədə "Instagram" hesabında yazıb.

"Humanitar atəşkəs tələbindən imtina edərək və BMT Təhlükəsizlik Şurasının bir və ya hər iki tərəfə bunu tətbiq etməsinə mane olmaqla, dünya liderləri bu cinayətlərdə şərik olurlar”, deyə Coli yazıb.

Aktrisa Qəzza zolağında baş verənləri "tələyə düşmüş və qaçmağa yeri olmayan əhalinin qəsdən bombalanması” kimi qəbul edir: "Qəzza təxminən 20 ildir ki, açıq havada həbsxana olub və indi sürətlə kütləvi məzarlığa çevrilir”.

O qeyd edib ki, həlak olanların 40%-i uşaqlardır və bütün ailələr bombardman nəticəsində həlak olur. Aktrisanın sözlərinə görə, "bütün dünya bunu seyr edərkən və bir çox hökumətlər fəal şəkildə dəstək verərkən, milyonlarla Fələstin mülki vətəndaşı - uşaqlar, qadınlar, ailələr - kollektiv şəkildə cəzalandırılır",

Coli qeyd edib ki, mülki əhali ərzaq, dərman və humanitar yardımdan məhrumdur.(qaynar.info)

Qeyd edək ki, BMT agentlikləri Qəzza zolağındakı vəziyyəti İsrail və HƏMAS arasında döyüşlər fonunda fəlakətli kimi qiymətləndirir. 10 minə yaxın insan həlak olub. BMT-nin məlumatına görə, onların təxminən 70%-i qadın və uşaqlardır. 

Şərhlər

dadaşyev 2023-11-07 10:30:36

Dilin üçün ölüm,gəlinciyim.Halal olsun,gözəlim.Yüz milyonlarını rəhmətlik Tağıyev kimi kasıb-kusuba,yetim-yesirə paylayan sənin kimi mələksima xanım əfəndi elə bu fikirdə də olmalıydı.Yeri gəlmişkən,hərdən yolunu biz tərəflərdən də sal,dövlət milyardlarını çalıb-çaparaq milyarder etdiriilmiş bəxti-xiyarlar sənə baxıb bəlkə utanalar adam olammadıqları üçün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol