“ABŞ-da bu gün seçki keçirilsə, Tramp Baydeni xeyli qabaqlayar”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” nəşrində yayımlanan məqalədə bildirilir.
ABŞ nəşrinin prezident seçkiləri ilə bağlı keçirdiyi sorğuda 45-ci prezident və 2024-cü il seçkilərinə namizəd Donald Tramp ABŞ-ın hazırkı Prezidenti Co Baydeni xeyli qabaqlayıb.
Sorğunun nəticələrinə görə, Bayden ən mühüm ştatların əksəriyyətində Trampdan geri qalır. Seçkilərin nəticələrinə böyük təsir göstərəcək - Nevada, Corciya, Arizona, Miçiqan və Pensilvaniya ştatlarında Tramp açıq-aydın Baydendən irəlidədir. Viskonsin ştatında isə Bayden iki xallıq üstünlüyə malikdir. Bu 6 mühüm ştatda Respublikaçı Trampın 48 faiz, Demokrat Baydenin isə 44 faiz səs topladığı bildirilir.
Qeyd olunur ki, Baydenə başağrısı yaradacaq ən mühüm məsələ son illərdə ABŞ xalqının yaşam standartlarının aşağı düşməsidir. Digər tərəfdən, Baydenin yaşı da ciddi narahatlıq doğurur. Gələn il seçkilər ərəfəsində 82 yaşı tamam oalcaq Bayden prezident seçilərsə, 86 yaşına qədər bu postda qalacaq.
“AzPolitika.info”


Şərhlər