Menu

“ABŞ-la münaqişəyə doğru gedirik” – İsrailin sabiq Baş naziri

07.11.2023, 14:00
“ABŞ-la münaqişəyə doğru gedirik” – İsrailin sabiq Baş naziri

“İsrail HƏMAS-a qarşı uzunmüddətli əməliyyat keçirə bilməz və ABŞ-ın narazılığına görə yaxın iki-üç həftə ərzində bu əməliyyata son verilməlidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu İsrailin keçmiş Baş naziri Ehud Barak “The Politico” nəşrinə müsahibəsində deyib.

Barak yaxın günlərdə İsrail-ABŞ qarşıdurmasının baş verəcəyini iddia edib:“Hücumlarla bağlı amerikalılarla qarşıdurmaya doğru getdiyimiz aydındır. ABŞ İsrailə nə edəcəyini diktə edə bilməz. Amma biz də onlara məhəl qoymaya bilmərik. Razılaşacağıq. Qarşıdakı iki-üç həftə ərzində, bəlkə də daha tez ABŞ-ın tələblərini məcur qəbul edəcəyik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol