Menu

“Ukrayna və İsraildəki müharibələr dünyanı qaranlıq bir dövrə sürükləyir”– “Financial Times”

07.11.2023, 14:59
“Ukrayna və İsraildəki müharibələr dünyanı qaranlıq bir dövrə sürükləyir”– “Financial Times”

“Ukrayna və İsraildəki müharibələr dünyanı qaranlıq bir dövrə sürükləyir. İndi demokratların və sülhpərvərlərin dövrünü müharibələri dəstəkləyən millətçilər dövrü əvəzləyir. Bu dövr dəyişikliyini qaranlıq zamanların başlanğıcı kimi xarakterizə edə bilərik”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Financial Times” nəşrində yayımlanan məqalədə bildirilir.

Nəşr yazır ki, Ukraynada uzun sürən müharibə fonunda Yaxın Şərqdə yeni müharibənin başlaması Donald Trampın yenidən Ağ Evə qayıtma təhlükəsi bütün dünyanı qlobal qeyri-sabitliyin qaranlıq dövrlərinə qaytarır. Nəşr dünyanın hazırkı vəziyyətini soyuq müharibənin başa çatmasından sonrakı ilk onilliklə müqayisə edir.

FT yazır: “1990-cı illərdə dövrün ruhu sülhməramlıların, demokratların və beynəlmiləlçilərin xeyrinə idi. Bu gün millətçilər, müharibə qızışdırıcıları və sui-qəsd nəzəriyyəçiləri ön plandadır”.

“Ukrayna silah və maliyyə dəstəyi baxımından Qərbdən ciddi şəkildə asılı olaraq qalır. Lakin Kiyevin Qərb dəstəkçiləri Rusiya döyüş maşınına uyğun silah istehsalını artıra bilmədilər. Bu arada, Trampı dəstəkləyən respublikaçılar buna qarşı çıxdıqları üçün Ukraynaya maliyyə yardımının növbəti partiyası ABŞ Konqresində ilişib qalıb. İndi Vladimir Putinin növbəti il ərzində müharibəni davam etdirməsi üçün daha çox səbəbi var. O, Donald Trampın Ağ Evə qayıtmasını gözləyir, bundan sonra Kreml ABŞ-ın Ukraynanı öz taleyinə buraxacağına ümid edir. Lakin Qəzzadakı müharibə artıq ABŞ-ın vaxtını və resurslarını Ukraynadan əsirgəməyə məcbur edib. Ukrayna onsuz da mərmi çatışmazlığından gileylənirdi. İndi isə bu sursatlar üçün İsraillə rəqabət aparır. İndi hava hücumundan müdafiə sistemlərinə həm Ukraynanın, həm də İsrailin böyük ehtiyacı var”,-deyə nəşr qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol