Menu

“LXR”in xalq milisinin sabiq rəhbəri öldürülüb

08.11.2023, 13:44
“LXR”in xalq milisinin sabiq rəhbəri öldürülüb

Qondarma “Luqansk Xalq Respublikası”nın xalq milisinin sabiq rəhbəri Mixail Filiponenko öldürülüb.

APA xəbər verir ki, sabiq milis rəisinin oğlu atasının ölümünü təsdiqləyib.

Qeyd edək ki, bu gün polkovnik Filiponenkonun avtomobili partladılıb. Hadisə onun yaşadığı evin yaxınlığında baş verib.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol